Yuxarı

Kamran Əsədov bu vəzifəsindən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamran Əsədov bu vəzifəsindən azad edildi

Elm və Təhsil İșçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Kamran Əsədov vəzifəsindən uzaqlaşdırılıb.

Axar.az Unikal-a istinadla xəbər verir ki, hazırda sədr vəzifəsini Renata Mənsurova icra edir. Məlumatı ETİHİ-nin Nərimanov Rayon Komitəsindən təsdiqləyiblər.

Qeyd edək ki, K.Əsədov sözügedən vəzifəyə bu ilin noyabrın 27-də seçilib. Noyabrın 28-dən fəaliyyətə başlayıb.

Dekabrın 12-də isə onun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

Tarix
2025.12.16 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla