Yuxarı

Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu

Yaxın günlərdə Hava Limanı yolu üzərində yerləşən "Baku Expo Center"də "Dino Park" açılacaq.

Axar.az Marja.az-a istinadla xəbər verir ki, "Dino Park"ın Bakının ən böyük və ən həyəcanlı dinozavrlar parkı olacağı bildirilir.

Burada nəhəng, real ölçülü və səs-küylü dinozavrlarla yanaşı interaktiv attraksionlar, hərəkət edən dinozavrlar və hətta üzərində gəzə biləcəyiniz xüsusi ride-dinozavrlar yer alacaqdır.

Daha bir yenilik - "pulsuz avtobus xidməti" də olacağı elan edilib. Belə ki, "Koroğlu" metrostansiyasından pulsuz avtobus sizi "Baku Expo Center"ə aparacaq və "Baku Expo Center"dən "Koroğlu" metrostansiyasınadək gətirəcək. Avtobusların üzərində "Dino Park" yazılacaq.

"Dino Park"a giriş üçün biletin qiyməti böyüklər üçün 15 manat, uşaqlar üçün 20 manat olacaqdır. 3 yaşadək uşaqlara girişin pulsuz olması nəzərdə tutulub. Fiziki qüsurlu şəxslərə isə giriş ödənişsiz olacaqdır.

Bilet bütün gün üçün keçərlidir. Ərazidə mövcud olan bütün attraksionlar qiymətə daxildir. Ərazidə 20-dən çox hərəkət edən və səs çıxaran dinozavr mövcuddur. Ən böyük dinozavrın hündürlüyü 9,5 metrdir.

İmkanlar:

• 5 ədəd böyük şişmə batut

• 3 ədəd dairəvi batut

• Üzərinə minmək mümkün olan və hərəkət edən dinozavrlar

• Qum və oyuncaqlarla oyun zonası

• Ayrı oyun zonası

• Şəkil çəkmək üçün xüsusi zonalar.

Tarix
2025.12.17 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla