Yuxarı

Qırmızı Ürəklər Fondundan "Bayram Səbəti" xeyriyyə aksiyası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırmızı Ürəklər Fondundan "Bayram Səbəti" xeyriyyə aksiyası

Qırmızı Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Bayram səbəti" xeyriyyə aksiyasına start verir. 15 dekabr-5 yanvar tarixlərini əhatə edən aksiyanın məqsədi əhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayram sevincini onlarla bölüşməkdir.

Aksiyaya qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də "Birbank/Kapital Bank" terminallarından, "Birbank" və "m10" mobil tətbiqlərindən asanlıqla ianə edə bilərlər.

Fond hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş etdirməyə və ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl bayram sevinci yaşatmağa çağırır.

"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə "Kapital Bank" ASC-nin bir qrup əməkdaşının iştirakı ilə könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz

Tarix
2025.12.17 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla