Yuxarı

Zakir Həsənov türkiyəli generalla görüşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov türkiyəli generalla görüşdü - Video

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qardaş ölkənin nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib.

Səfər çərçivəsində, həmçinin Zəfər parkı ziyarət olunub, Zəfər abidəsinin önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib, hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini qeyd edib. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Ordu generalı L.Ergün isə öz növbəsində 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası ilə bağlı keçiriləcək görüşlərin Bakıda təşkilinə görə general-polkovnik Z.Həsənova təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını diqqətə çatdırıb.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, həmçinin regional təhlükəsizlik və maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2025.12.17 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla