Yuxarı

"Тrendyol" "Kashalata"nın inkişafına dəstəyini davam etdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Тrendyol" "Kashalata"nın inkişafına dəstəyini davam etdirir

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri "Тrendyol" sosial təsir layihələri çərçivəsində Azərbaycanda inklüzivliyi təşviq edir və əlilliyi olan şəxslərin məşğulluğunu dəstəkləməyə davam edir. Şirkət Bakının ilk və yeganə inklüziv kafesi olan "Kashalata"ya davamlı dəstək verməklə neyromüxtəlifliyə malik gənclərin cəmiyyətə sosial inteqrasiyasını təşviq edir.

"Kashalata" kafe iki il əvvəl Birgə və Sağlam İctimai Birliyi tərəfindən təsis edilib və onu "Тrendyol", eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Neft Şirkəti (SOCAR) və "PAŞA Holdinq" MMC davamlı şəkildə dəstəkləyir.

"Тrendyol", ‘"Kashalata"" kafeyə dəstək proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və "Birgə və Sağlam" İctimai Birliyi ilə birgə kafedə sosial inklüzivliyin təşviqi, əlilliyi olan şəxslər üçün iş imkanlarını genişləndirmək, eləcə də valideynlərin rifahı və maarifləndirilməsinə dəstək məqsədilə keçirilən təşəbbüsə qoşulub.

Tədbir çərçivəsində "Stress menecmenti və dayanıqlılıq strategiyaları" mövzusunda maarifləndirici təlim keçirilib. Təlimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" MMC-nin Sosial-pedaqoji inkişaf və sosial-psixoloji dəstək departamentinin əməkdaşları valideynlərin suallarını cavablandırıb, müzakirələrdə iştirak ediblər.

Tədbirin bədii hissəsində "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" və "Birgə və Sağlam" İctimai Birliyinin üzvlərinin ifasında konsert proqramı təqdim olunub.

Üzeyir Hacıbəyli küçəsi, 57 ünvanında yerləşən "Kashalata" kafedə hazırda 20 gənc çalışır. Onların bir qismi autizm spektr pozuntusu və digər neyromüxtəliflik xüsusiyyətlərinə malikdir. "Тrendyol"un və ‘"PAŞA Holdinq""in əsas biznes tərəfdaşlığı ilə fəaliyyət göstərən bu məkan ölkədə inklüziv məşğulluğun uğurlu nümunələrindən biri hesab olunur.

Tarix
2025.12.17 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla