Yuxarı

Bir Bonus lotereyasının qalibləri bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir Bonus lotereyasının qalibləri bəlli oldu

Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyası yekunlaşıb. 1 oktyabr-15 noyabr tarixlərini əhatə edən lotereyada Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən müştərilər iştirak şansı qazanıblar. Lotereyanın unikallığı ondan ibarət idi ki, burada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirdilər.

Ötən gün Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımla lotereyanın final mərhələsi keçirilib və qaliblər bəlli olub. 240 358 müştərinin qeydiyyatdan keçdiyi lotereyanın final tirajında seçim təsadüfi üsulla aparılıb. Nəticədə 400 nəfər 20 bonus, 300 nəfər 50 bonus, 200 nəfər 100 bonus, 100 nəfər isə 200 bonus qazanıb. Lotereyanın superprizi Toyota Corolla avtomobilinə isə 1 nəfər sahib olub.

Qaliblərin siyahısı: https://www.b-b.az/lwt1

Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.

Bir ekosistem Birbank, Birmarket, m10 və MilliÖn kimi ölkənin aparıcı brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Тrendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Тrendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Tarix
2025.12.17 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla