Yuxarı

Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu şəxslərə avtomobil veriləcək

Çernobıl atom elektrik stansiyasında (AES) baş vermiş qəza ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu tədbirlərin davamı olaraq qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və xüsusi nəqliyyat vasitəsi ilə təmin edilmələri üçün tibbi göstərişi olan əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təqdim ediləcək.

Məlumata əsasən, həyata keçirilən tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il istehsalı olan sedan tipli avtomobillə təmin olunacaq.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi artıq bu istiqamətdə müvafiq işlərə başlayıb.

Agentlik avtomobillərin satın alınmasının ümumilikdə 390.6 min manata başa gələcəyini proqnozlaşdırır.

Tarix
2025.12.17 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla