Yuxarı

Sumqayıtda mənzillər 50 faizə yaxın bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda mənzillər 50 faizə yaxın bahalaşdı

Sumqayıtda mənzillərin qiyməti kəskin bahalaşıb.

Axar.az xəbər verir ki, şəhər sakinləri xüsusilə köhnə tikililərdə ikiotaqlı mənzillərin qiymətinin 80-90 min manata çatmasından şikayətlənirlər.

“Sumqayıt hara, 2 otaqlı mənzilin 85-90 min manata olması hara?! Yeni tikililərin qiymətindən isə ümumiyyətlə, danışmaq olmur. Orta aylıq əmək haqqının 400-500 manat olduğu Sumqayıtda bu qiymətlər əksəriyyət üçün əlçatan deyil”, - deyə vətəndaşlara biri sosial şəbəkədə yazıb.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlakın bahalaşması təkcə Sumqayıtla məhdudlaşmır:

“Bakı da daxil olmaqla, ölkə üzrə daşınmaz əmlak bahalaşıb. Sumqayıt da Bakıya yaxın olduğu üçün bəzi müştərilər artıq Bakıda ev ala bilmədiyinə görə Sumqayıta üz tuturlar”.

Ekspertin sözlərinə görə, son illər Sumqayıtda infrastrukturun yaxşılaşdırılması və əhali sayının artması da qiymətlərə təsir göstərib:

“Bu baxımdan Sumqayıt şəhərində də alıcılıq qabiliyyəti son illərdə yüksəlib. Bu kimi artımda qeyri-adi bir şey yoxdur. Bakının özündə də son 5 il ərzində qiymətlər 65-70 faiz bahalaşıb. Bu tendensiya Sumqayıta da təsir edir. Düzdür, Sumqayıtda 70 faiz olmasa da, ən azı 50 faizə yaxın bahalaşma var”.

Tarix
2025.12.17 / 20:13
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla