Yuxarı

Bakıda bu abidənin dam örtüyü bərpa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu abidənin dam örtüyü bərpa edilir

Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında aparılan bərpa işləri ilə bağlı yaranmış problemlər aradan qaldırılır.

Bu barədə Axar.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Tarixi abidənin yaxınlığında yeni yaşayış binasının inşası ilə əlaqədar olaraq, “VEST PARK” MMC tərəfindən 3146 inventar nömrəli abidədə təmir-bərpa işləri aparılarkən təsdiq edilmiş layihənin tələblərinin kobud şəkildə pozulması faktı aşkarlanıb. Qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihədə binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətdə və dam örtüyündə bərpa işlərinin aparılması nəzərdə tutulub.

Lakin təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozularaq, mövcud dam örtüyünün (ruberoid) əvəzinə yeni metal kirəmit tipli konstruksiya quraşdırılıb. Həmçinin, damda yerləşən tüstü və havalandırma bacaları qapadılıb, quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına təhlükə yaradıb.

Sözügedən nöqsanlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təmir-bərpa işləri dayandırılıb, şirkət barəsində inzibati tədbirlər görülüb. Tarixi abidənin dam örtüyünün əvvəlki görkəminə qaytarılması məqsədilə layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb, nəticədə binanın damının müəyyən hissəsinin zədələnməsinə və yağışlı havalarda isə sakinlər üçün əlavə narahatlıqların yaranmasına səbəb olub.

Hazırda isə Dövlət Xidmətinin nəzarəti altında görülən tədbirlər nəticəsində nöqsanlar aradan qaldırılır. Binanın dam örtüyü tarixi abidənin memarlıq xüsusiyyətlərinə uyğun şəkildə bərpa edilir, konstruktiv dayanıqlıq təmin olunur və yaşayış üçün yaranmış risklər aradan qaldırılır. Dam hissəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir.

Tarix
2025.12.19 / 11:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla