Yuxarı

FHN xüsusi təhsil məktəbində maarifləndirmə tədbiri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN xüsusi təhsil məktəbində maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusi təhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib.

Axar.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.

Daha sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının iştirakı ilə məktəbin arxa giriş qapısının qarşısında ətraf ərazidə yaşayan sakinlər tərəfindən qanunsuz olaraq quraşdırılmış talvar və digər maneələr sökülməklə baş verə biləcək fövqəladə hallar zamanı yanğından mühafizə bölmələrinin çevik və səmərəli fəaliyyətinə mane olan pozuntular aradan qaldırılıb.

Tədbir zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Sonda məktəbin şagirdlərinə bayram hədiyyələri təqdim edilib.

Tarix
2025.12.30 / 09:53
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla