Yuxarı

Maqsud Nəsirov 395 min mənimsəyib – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maqsud Nəsirov 395 min mənimsəyib – Rəsmi

Müsadirə olunmuş əmlakların aşağı qiymətə satılması adı altında dələduzluq etməkdə təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Axar.az-a Baş Prokururluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2024-cü illər ərzində şəxslərin müvafiq işlə təmin edilməsi, xarici ölkələrin ali təhsil müəssisələrinə tələbə qəbulu, guya işlədiyi qurum tərəfindən müsadirə olunmuş əmlakların aşağı qiymətə satılmasının təşkil edilməsi və digər bu kimi məsələlərin “həlli” ilə əlaqədar ona müraciət etmiş ayrı-ayrı şəxslərdən 395 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirməsinə və rəsmi sənədləri saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Maqsud Nəsirova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İstintaq dövründə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2026.01.08 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla