Yuxarı

DYP-dən piyadalara xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən piyadalara xəbərdarlıq

Qış mövsümünə xas olan qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi təhlükələr yaradır.

Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Gün işığının qısa olması, yağıntılar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin riskini artırır.

Statistik göstəricilər bunun nə qədər real olduğunu bir daha təsdiqləyir. Belə ki, ötən gün piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdə üç nəfər həyatını itirib.

Aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə yolun hərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşması əsas amillərdən biridir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək bildirir ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığının qorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməli və xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli və ehtiyatlı davranmalıdır.

Unutmayaq ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrə səbəb ola bilər, qaydalara əməl etmək isə həyatın qorunmasının əsas şərtidir.

Tarix
2026.01.09 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla