Yuxarı

İstanbula dəhşətli soyuqlar gəlir – Xəbərdarlıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbula dəhşətli soyuqlar gəlir – Xəbərdarlıq

İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AKOM) İstanbul və ümumilikdə Mərmərə bölgəsində hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, fevralın 2-dən etibarən havanın temperaturu 5 dərəcədən aşağı düşəcək, bölgədə şiddətli yağış və fırtına gözlənilir.

Mövcud hava şəraitinin fevralın 4-dək davam edə biləcəyi qeyd olunub:

“İstanbul başda olmaqla, Mərmərə bölgəsində bu gündən etibarən fasilələrlə yağışlar, bəzi yerlərdə isə fırtına ilə müşayiət olunan güclü yağışlar gözlənilir. Bazar ertəsindən etibarən bölgəyə daxil olacaq soyuq hava kütləsi ilə temperaturun kəskin enəcəyi proqnozlaşdırılır. Xüsusilə Silivri, Çatalca, Arnavutköy, Böyükçekmece və Başakşehir kimi qərb rayonlarında yağıntıların sulu qar və qara keçəcəyi ehtimal edilir”.

İstanbul valiliyi də sosial media hesabında Meteorologiya Baş İdarəsinin 4 günlük hava proqnozunu paylaşaraq bazar günündən etibarən temperaturun düşəcəyini bildirib.

Vətəndaşların mümkün fəsadlara qarşı tədbirli olmaları tövsiyə edilir.

Tarix
2026.02.01 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla