Yuxarı

Azərbaycanda çoxnikahlılıq qəbul ediləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda çoxnikahlılıq qəbul ediləcək?

Son dövrlər bəzi media platformalarında “bir nikah prinsipinin Azərbaycan reallığına cavab verib-vermədiyi” mövzusunda aparılan polemikalar ciddi narahatlıq doğurur. Bu cür yanaşmalar zahirən ictimai müzakirə təsiri bağışlasa da, mahiyyət etibarilə Azərbaycan Respublikasının ailə siyasətinin təməlini təşkil edən fundamental hüquqi prinsiplərin sorğulanmasına və dolayısı ilə çoxnikahlılığın normallaşdırılmasına yönəlmiş təhlükəli diskurs formalaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova məlumat verib.

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qəti şəkildə bildirir ki, “bir nikah prinsipi” Azərbaycan Respublikasının ailə qanunvericiliyində təsbit edilmiş, dövlətin ailə siyasətinin əsas sütunlarından biri olan hüquqi normadır. Bu normanın “ictimai reallıq” adı ilə şübhə altına alınması hüquqi dövlət anlayışı ilə ziddiyyət təşkil edir və ailə institutunun mahiyyətinin deformasiyasına xidmət edir.

Media subyektləri nəzərə almalıdırlar ki, ailə institutu ictimai sabitlik, sosial ədalət və insan hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyan dövlət siyasəti sahəsidir.

Yadda saxlamaq lazımdır ki, "bir nikah prinsipi"nin sorğulanması qadın və uşaq hüquqlarının müdafiəsinə ciddi zərbə vurmaqla onların ailə münasibətlərindəki qanuni təminatlarını risk altına alır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxnikahlılığın dolayısı ilə məqbul düşüncə kimi təqdim olunmasına şərait yaradan yanaşmaları yolverilməz hesab edir. Media subyektləri və sosial media platformaları ailə siyasəti ilə bağlı məsələlərdə daha məsuliyyətli mövqe tutmalı və cəmiyyət üçün təhlükəli diskurslara meydan açan müzakirələrə yol verməməlidirlər.

Dövlət Komitəsi bir daha bəyan edir ki, qadın və kişilərin hüquq bərabərliyi, uşaq mənafeyinin üstünlüyü və nikahın könüllülüyü kimi ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan Ailəsinin təməl prinsiplərinin hər hansı formada sorğulanması qəbuledilməzdir və dövlətin ailə siyasətinə ziddir", - şöbə müdiri bildirib.

Tarix
2026.01.21 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla