Yuxarı

Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

Axar.az xəbər verir ki, bu barədə Report-un son zamanlar müxtəlif xəstəliklər səbəbindən hərbi xidmətdən möhlət hüququ alanların təkrar müayinədən keçməli olması ilə bağlı yayılan məlumatlar haqqında sorğusuna cavabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

Şöbə rəisi qeyd edib ki, hərbi xidmətdən möhlət hüququ olan istənilən şəxs möhlət hüququ sona çatdıqdan sonra qeydiyyatda olduğu şöbəyə yaxınlaşmalı və müvafiq proseduralardan keçməlidir:

"Sağlamlıq durumu, ailə vəziyyəti və digər səbəblərdən hərbi xidmətdən möhləti hüququ olan vətəndaşlar möhlət vaxtı bitdikdə mütləq qaydada qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşmalıdırlar və bunu görə birbaşa özləri məsuliyyət daşıyır".

O bildirib ki, möhlət hüququnun sona çatmaq müddəti həm vətəndaşın hərbi biletində qeyd olunur, həm də bu barədə onun "MyGov" tətbiqində olan şəxsi kabinetinə bildiriş göndərilir:

"Bəzən olur ki, vətəndaş buna riayət etmir və nəticədə onun ölkədən çıxışına məhdudiyyət qoyulur, inzibati qaydada cərimələnir, hətta cinayət təqibinə cəlb oluna bilər. Ona görə də bu halların baş verməməsi üçün qeyd olunan kateqoriyadan olan vətəndaşlara müraciət edərək bildirmək istərdik ki, mütləq qaydada hərbi biletlərində olan qeydlərə diqqət yetirsinlər və ya "MyGov" tətbiqini yükləyərək bildirişlər vasitəsilə məlumatlar alıb, vaxtında qeydiyyatda olduqları struktur bölməmizə yaxınlaşsınlar",- deyə şöbə rəisi qeyd edib.

Tarix
2026.01.21 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla