Yuxarı

Qoşqar Təhməzlidən işçilərinə şok qadağa - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qoşqar Təhməzlidən işçilərinə şok qadağa - Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində iştirakı qadağan edib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Sabaha saxlamayaq” verilişinin içməli suya həsr olunmuş növbəti buraxılışında bildirilib.

Verilişin aparıcısı qeyd edib ki, AQTA rəhbəri Qoşqar Təhməzli əməkdaşlarına İctimai Televiziyanın “Sabaha saxlamayaq” proqramında iştirakla bağlı qadağa qoyub:

“Birmənalı olaraq onların proqramımızda iştirak etməsinə icazə verilmir. Bunun üçün təəssüf edirik. Salamlarımızı göndəririk və bildiririk ki, əgər İctimai Televiziyanın efirindən ictimaiyyəti narahat edən bir mövzunu müzakirə ediriksə və bütün bunlardan məsul olan dövlət qurumu ictimaiyyət qarşısına çıxıb bununla bağlı açıqlama vermək istəmirsə, hələ üstəlik, əməkdaşlara verilişdə iştirakı qadağan edirsə, burada, həqiqətən, “sular bulanır” kimi bir şübhə yaranır. O zaman istənilən tamaşaçı narahat olacaq ki, marketlərdən aldığımız, evimizə sifariş etdiyimiz sulara nə qədər etibar edə bilərik? Ən azından AQTA nümayəndələri bizim studiyaya gələrək, özləri hansı sudan içirlər, bu barədə bizə deyə bilərdilər”.

Tarix
2026.01.21 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla