Yuxarı

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

Azərbaycanın pərakəndə ticarət sahəsində illərdir lider mövqeyini qoruyan “Kontakt” mağazalar şəbəkəsi beynəlxalq bazarda da iddialı böyüməsini davam etdirir. Hazırda Gürcüstanın müxtəlif regionlarında təmsil olunan şəbəkə bu il fəaliyyət miqyasını ikiqat artıraraq mağaza sayını 12-ə çatdırmağı hədəfləyir.

Yerli brend olan “Kontakt” artıq 5 ildən çoxdur ki, uğurlu təcrübəsini ölkə sərhədlərindən kənarda – Gürcüstanda da tətbiq edir. Şəbəkə bazara daxil olduğu gündən etibarən qısa müddətdə yerli alıcıların etimadını qazanıb və rəqabətli bazarda seçilən oyunçulardan birinə çevrilib.

Artıq Tbilisi, Batumi və Rustavi kimi əsas şəhərlərdə möhkəmlənən “Kontakt” bu il Telavi, Kutaisi və Zugdidi kimi regionlara daxil olmaqla Gürcüstanı dörd bir yandan əhatə etməyə hazırlaşır.

“Kontakt” gürcüstanlı istehlakçılar üçün həm geniş məhsul çeşidi, həm də rahatlıq ünvanı kimi tanınır. Xüsusilə, rahat daxili kredit şərtləri yerli bazarda “Kontakt”ı fərqləndirən əsas üstünlüklərdən biri kimi önə çıxır. Şəbəkə bazarın tələblərinə uyğunlaşmaqla yanaşı, yerli istehlakçı vərdişlərini də diqqətlə analiz edərək fərqli alış təcrübəsi təqdim edib.

Qeyd edək ki, hazırda “Kontakt” Azərbaycan üzrə 50-dən çox, Gürcüstanda 6 mağaza, kontakt.azkontakt.ge onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.

Tarix
2026.01.26 / 10:30
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla