Yuxarı

Bakıda bu avtobus xəbərdarlıq edilmədən yolunu dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu avtobus xəbərdarlıq edilmədən yolunu dəyişdi

Bu gündən etibarən 125 nömrəli marşrut avtobusunun yolu sərnişinlərə xəbərdarlıq edilmədən dəyişdirilib.

Axar.az xəbər verir ki, avtobus marşrut xəttinə daxil olmayan Abşeron Ticarət Mərkəzi istiqamətində hərəkət edib.

Sərnişinlərin sözlərinə görə, təxminən 20 dəqiqə ticarət mərkəzi ətrafında vaxt itiriblər.

Məsələ ilə bağlı “Bakı Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva saytımıza açıqlamasında “28 May” m/st - Lökbatan qəsəbəsi istiqamətində fəaliyyət göstərən 125 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına “Abşeron Ticarət Mərkəzi” dayanacağının da əlavə edildiyini bildirib.

Onun sözlərinə görə, bununla bağlı məlumat “Bakı Bus” MMC-nin rəsmi Teleqram kanalında paylaşılıb.

Qeyd edək ki, marşrut xəttinin hərəkət istiqamətinin dəyişdirilməsi saat 07 - 08 radələrində baş verib. Bununla bağlı məlumat isə qurumun Teleqram kanalında saat 12:11-də paylaşılıb. Sözügedən Teleqram kanalının da cəmi 963 izləyicisi var.

Tarix
2026.01.28 / 16:40
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bakının bu addımı ümid verir... - Mirzoyan

İrəvan sülh naminə düşünülmüş seçim edib - Mirzoyan

Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşdü

Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq

Nəsimi Ağayev erməni həmkarı ilə görüşdü - Foto

Orduya böyük sərmayə qoymuşuq: Azərbaycanla müharibə...

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla