Yuxarı

Bu qohumların evliliyinə icazə var – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qohumların evliliyinə icazə var – Rəsmi

Artıq 6 aydır ki, Azərbaycanda qohum evlilikləri (əmi, dayı, xala uşaqları arasında) qadağan edilib. Bu qadağanın əsas səbəbi həm etik-mənəvi normalar, həm də genetik risklərin yüksək olmasıdır.

Bəs eyni baba, nənənin övladları - əmi, xala, dayı, bibi nəvələri arasında evliliklər necə?

Məsələ burasındadır ki, qohum evliliklərinə marağı bitib-tükənməyən insanlarımızda indi də 3-cü dərəcəli qohumlarla izdivaca maraq yaranıb. “Özümünküdür”, “Mal-mülk özgəyə getməsin” narahatlığıyla bacıqızı, qardaş qızından əldən çıxan valideynlər artıq onların övladlarına üz tutublar.

Axar.az xəbər verir ki, məhz bu məsələ cəmiyyətdə hələ də müzakirə mövzusudur.

Qanunda göstərilir ki, “baba və nənə eynidirsə” qadağan olunur, əmiuşaqlarının babası eyni olduğu kimi əminəvələrində də eyni vəziyyətdir, sadəcə “bir köynək aralı” olmaqla genetik təhlükə riski azalırmı?

Tibb mütəxəssisləri bildirilər ki, əmi-xala nəvələri – eyni babanı paylaşsalar da, artıq bir nəsil məsafə var. Amma genetik baxımdan risk daşıyır, yəni, əmi nəvələri arasında bu risk azalır, çünki ortaq genlərin payı daha aşağıdır. Lakin tam təhlükəsiz sayılmır, xüsusilə ailədə əvvəldən irsi xəstəliklər varsa risk qalmaqdadır.

Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirildi ki, 2024-cü il 28 iyunda Ailə Məcəlləsinə dəyişiklik edilərək qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqları, habelə bioloji qohumluğu olan əmi (dayı) və bibi (xala) və qardaş (bacı) övladları arasında nikahın bağlanmasına yol verilməməsinə dair müddəalar əlavə edilib. Siyahıda göstərilən şəxslərdən başqa digər qohumların nikaha daxil olması üçün qadağa müəyyən edilməyib.

Tarix
2026.01.28 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla