Yuxarı

ADY bu şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY bu şirkətlərlə əməkdaşlıq imkanlarını müzakirə etdi

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Qroup”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib.

Axar.az xəbər verir ki, görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.

ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu–liman əməliyyatları artıq vahid idarəetmə prinsipi əsasında təşkil edilir. Ötən il Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə uğurla inteqrasiyası limanın yükaşırma nəticələrinə də müsbət təsir göstərib. Belə ki, 2025-ci ildə Bakı Limanında rekord həcmdə - 107 min TEU-dan çox konteyner yükü aşırılıb, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

Görüşlərdə Bakı və Gürcüstan limanları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin Orta Dəhliz üzrə artan yükdaşımaların daha da səmərəli həyata keçirilməsinə imkan verəcəyi xüsusi vurğulanıb.

Tarix
2026.01.30 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla