Yuxarı

Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi - Foto

30 yanvar 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və SOCAR “Neftqaztikinti” trestinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Axar.az xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Milli Məclisin deputatları Zahid Oruc, Pərvanə Vəliyeva və Vüqar Rəhimzadə, SOCAR “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Tural Əhmədli eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında fəal iştirak etdiyini vurğulamış, gənclərə göstərilən dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd etmişdir. O, bildirmişdir ki, bu gün Azərbaycan gəncliyi yüksək intellektual səviyyəsi, vətənpərvərliyi və təşəbbüskarlığı ilə seçilir, ölkəmizin davamlı inkişafına öz töhfəsini verir. Gənclər üçün yaradılan təhsil, məşğulluq, idman və sosial imkanların onların potensialının üzə çıxarılmasına xidmət etdiyini diqqətə çatdıran Ramil Mirzəyev gənclərin dövlətin və partiyanın gələcəyinin əsas dayağı olduğunu qeyd etmişdir. Çıxışında YAP Xətai rayon təşkilatının gənclərlə işə xüsusi önəm verdiyini qeyd edən Ramil Mirzəyev gənclərin ictimai fəallığının artırılması, onların siyasi biliklərinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlər əsasında formalaşması istiqamətində görülən işlərdən də bəhs etmişdir.

Daha sonra çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev gəncləri əlamətdar gün münasibətilə təbrik edərək bildirmişdir ki, bu gün Azərbaycan gəncliyi savadı, vətənpərvərliyi və ictimai fəallığı ilə seçilir. O, gənclərin ölkənin gələcəyinin qurulmasında aparıcı qüvvə olduğunu vurğulamış, onların dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini diqqətə çatdırmışdır. Rafiq Quluyev qeyd etmişdir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gənclərin mükəmməl təhsil alması, peşəkar kadr kimi formalaşması və cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. O, Xətai rayonunda da gənclərin sosial təşəbbüslərinin dəstəkləndiyini, onların müxtəlif layihə və tədbirlərə cəlb olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirmişdir. Çıxışının sonunda Rafiq Quluyev gəncləri milli-mənəvi dəyərlərə sadiq qalmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə daha fəal olmağa çağıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc çıxış edərək Azərbaycan gənclərinin hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışmışdır. O, gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir düşüncəli və təşəbbüskar olmasının vacibliyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan gəncliyi bu gün dövlətçilik ənənələrinə sadiqliyi, yüksək vətənpərvərlik ruhu və fəallığı ilə seçilir. O vurğulayıb ki, gənclərimizin beynəlxalq arenalarda qazandığı uğurlar, elmi, idman və mədəniyyət sahələrində əldə etdikləri nailiyyətlər Azərbaycan dövlətinin gücünü və gələcəyə olan inamını nümayiş etdirir. O, gəncləri daim öz üzərlərində çalışmağa, innovativ düşüncəyə malik olmağa və milli maraqları hər zaman uca tutmağa çağırmışdır. Çıxışının sonunda deputat Azərbaycan gəncliyinə uğurlar arzulayaraq, onların ölkəmizin davamlı inkişafında aparıcı qüvvə olacağına əminliyini ifadə etmişdir.

Milli Məclisin üzvü Pərvanə Vəliyeva öz çıxışında gənclərin elm, təhsil və innovasiya sahələrində əldə etdikləri nailiyyətlərdən ətraflı bəhs etmiş, dövlətin gənclərin inkişafına yönəlmiş proqram və layihələrinin uğurla icra olunduğunu xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, bu gün Azərbaycan gəncliyi beynəlxalq arenada da ölkəmizi layiqincə təmsil edir, bilik və bacarıqları ilə seçilir. Deputat çıxışında gənclər üçün yaradılan müasir təhsil imkanlarının, startap və innovativ təşəbbüslərə verilən dəstəyin onların potensialının üzə çıxarılmasına xidmət etdiyini diqqətə çatdırmışdır. Pərvanə Vəliyeva gəncləri daim fəal olmağa, bilik və bacarıqlarını artırmağa, dövlətin və cəmiyyətin inkişafında yaxından iştirak etməyə çağırmış, onların ölkənin gələcəyinin əsas təminatçısı olduğunu bildirmişdir.

2 Fevral – Gənclər günü münasibəti ilə gəncləri təbrik edən edən SOCAR “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev onları daim təşəbbüskar olmağa, milli-mənəvi dəyərlərə sadiq qalaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə verməyə çağırmışdır. Azərbaycan gəncliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayan Qağaməli Seyfullayev onların bilik və bacarıqlarını ölkəmizin gələcək inkişafı naminə səfərbər edəcəklərinə inamını ifadə etmişdir.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektor müdiri Tural Əhmədli çıxışında Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Gənclərin intellektual səviyyəsinin artırılması, sağlam həyat tərzinin təşviqi, onların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi məqsədilə ölkə üzrə çoxsaylı layihələr və proqramlar həyata keçirilir.O çıxışında vurğulamışdır ki, Xətai rayonunda da gənclərin asudə vaxtının səmərəli təşkili, idman və yaradıcılıq fəaliyyətlərinə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Tədbirin sonunda ictimai-siyasi həyatda fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərmanlar təqdim edilmişdir.

Tarix
2026.01.30 / 16:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla