Yuxarı

Monteneqro vətəndaşlarımıza viza qaydalarını izah etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Monteneqro vətəndaşlarımıza viza qaydalarını izah etdi

Monteneqro vizasını almaq üçün Azərbaycan vətəndaşları bu ölkənin Türkiyədəki səfirliyinin Bakıdakı ofisinə müraciət edə bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Report-a Monteneqro Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən Azərbaycan vətəndaşları Monteneqroya səfər üçün viza almalıdırlar. Bu, ölkənin Avropa Birliyinə üzvlük perspektivləri ilə izah olunub.

XİN bildirib ki, gələcəkdə isə viza mərkəzi olaraq "VFS Global" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır:

"Bu əməkdaşlıq çərçivəsində şirkətin Azərbaycandakı viza mərkəzləri də prosesə cəlb olunacaq və viza üçün müraciətlər həmin mərkəzlər vasitəsilə də qəbul ediləcək".

XİN izah edib ki, Monteneqroya səfər üçün iki tip vizalar tətbiq olunacaq:

- qısamüddətli viza - C vizası – Monteneqro ərazisindən tranzit keçid və ya Monteneqro ərazisinə daxil olmaq və 180 gün ərzində ümumilikdə ilk giriş tarixindən hesablanmaqla 90 günədək qalmaq məqsədi ilə verilir.

- Uzunmüddətli viza - D vizası – Monteneqro ərazisində 90 gündən artıq, lakin bir il ərzində ilk giriş tarixindən hesablanmaqla 6 aydan çox olmamaq şərti ilə qalmaq niyyətində olan əcnəbilərə verilə bilər.

Nazirlikdən bildirilib ki, C vizası üçün müraciət planlaşdırılan səfərdən 15 gün əvvəldən gec olmayaraq, D vizası üçün isə səfərdən 60 gün əvvəldən gec olmayaraq təqdim edilməlidir.

"Viza müraciəti üzrə qərar müraciətin təqdim edildiyi tarixdən etibarən 10 gün ərzində qəbul edilir. Əlavə baxılma tələb olunduqda bu müddət 30 günədək uzadıla bilər. Əlavə sənədlərin tələb edilməsi zərurəti yarandıqda isə müddət 60 günədək uzadıla bilər", - nazirlikdən bildirilib.

Tarix
2026.01.30 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla