Yuxarı

Gömrükdə 52 milyon manatlıq narkotik məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə 52 milyon manatlıq narkotik məhv edildi

Gömrükdə götürülmüş 52 milyon manatlıq narkotik məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Məlumata görə, yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.

Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.

Məhv edilən narkotik vasitələrin qiyməti 52 milyon manat təşkil edir.

Tarix
2026.01.30 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

Azərbaycan və Türkiyə hərbçiləri Naxçıvanda... - Video

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla