Yuxarı

İqtisadi Şuranın iclası keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İqtisadi Şuranın iclası keçirildi - Foto

30 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə iclas keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildiirlib ki, iclasın gündəliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il yanvar ayının 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibəsindən irəli gələn tapşırıqlar və 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair Hesabat, “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrup”un təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı və digər aktual məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və eləcə də ədliyyə naziri Fərid Əhmədov çıxış ediblər.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Tarix
2026.01.30 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla