Yuxarı

FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Muğan Regional Mərkəzi təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi, “Masdar” ve “NWEPDI” şirkətlərinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd mümkün qəzalar zamanı xilasetmə işlərinin təşkili və aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi və şirkətlərin personalının fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi olub.

Təlim zamanı tikinti ərazisində baş vermiş şərti çökmənin nəticələri Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən operativ qaydada aradan qaldırılaraq “zərərçəkmişlər” xüsusi xilasetmə vasitələri ilə “xilas edilib”, onlara “ilkin yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriliblər.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Tarix
2026.01.31 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla