Yuxarı

Rusiyada azərbaycanlının 2 milyonluq evini əlindən aldılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada azərbaycanlının 2 milyonluq evini əlindən aldılar

Rusiyanın Sverdlovsk vilayətinin Alapayevsk şəhərində yaşayan, Rusiya vətəndaşlığı almış azərbaycanlıya xaricilərin saxta qeydiyyata alınması ilə bağlı cinayət işi açılıb və o, mənzilindən məhrum edilib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, ittihama görə, o, 2024 və 2025-ci illərdə 46,6 kvadratmetr sahəsi olan ikiotaqlı mənzilində faktiki olaraq orada yaşamayan 9 həmvətənini qeydiyyata alıb.

Həmin mənzildə eyni zamanda ailəsi ilə birlikdə bir kirayəçi də yaşayırmış.

Azərbaycanlının mənzilində qeydiyyata aldığı şəxslərin hamısı qonşu yaşayış məntəqəsində yerləşən mişar sexində işləyiblər. Orada ustabaşı kimi çalışan tanışı ondan bu “xidməti” xahiş edib və qarşılığında kommunal xərcləri ödəyib.

Məhkəmə Azərbaycan vətəndaşını təqsirli bilib, ona 200 min rubl cərimə kəsib və təxminən 2 milyon rubl dəyərində olan mənzilini də müsadirə edib.

“Müttəhimə məxsus mənzil cinayətlərin törədilməsində vasitə kimi istifadə olunub, üstəlik bu yaşayış sahəsi müttəhim tərəfindən yaşayış üçün istifadə edilmir. Bu səbəbdən sözügedən mənzil dövlət mülkiyyətinə məcburi və əvəzsiz şəkildə müsadirə edilməlidir”, - deyə məhkəmə materiallarında qeyd olunub.

Məhkumun vəkili Zarina Adıyeva hökmün vilayət məhkəməsində yenidən baxılması üçün apellyasiya şikayəti hazırlayıb.

“Bu halda mənzil cinayətin törədilmə vasitəsi sayıla və deməli, müsadirə edilə bilməz. Əgər bu məntiqlə yanaşsaq, onda qətl və ya zorlamaların baş verdiyi mənzilləri də müsadirə etməliyik”, - deyə o bildirib.

Tarix
2026.01.31 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla