Yuxarı

Akif Nağı Səidə Bəkirqızını təhqir etdi - Həbs edilə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akif Nağı Səidə Bəkirqızını təhqir etdi - Həbs edilə bilər

Azad Vətən Partiyasının sədri Akif Nağının bloger Səidə Bəkirqızı haqqında sosial şəbəkədə paylaşdığı statusda işlətdiyi ifadələrin Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə qorunan şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarına birbaşa müdaxilə təşkil etdiyi aydın görünür.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Əlövsət Əliyev qeyd edib.

“Paylaşımda işlədilən ifadələr əsasən iki hüquqi pozuntunu ehtiva edir:

1. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldılması cinayət məsuliyyəti yaradır.

Statusda istifadə olunan kobud və alçaldıcı ifadə qadının ünvanına açıq şəkildə işlədilmiş, ictimai platformada yayımlanmış və geniş auditoriyaya çatdırılmışdır. Bu ifadə məhkəmə təcrübəsində açıq, ağır və nalayiq təhqir kimi qiymətləndirilir və xüsusi ittiham qaydasında cinayət məsuliyyəti yaradır.

2. Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə, şəxsin nüfuzuna xələl gətirən, şərəf və ləyaqətini ləkələyən yalan məlumatların yayılması iftira hesab olunur.

Akif Nağı tərəfindən səsləndirilən iddialar — zərərçəkmiş şəxsin erməni olması, erməni xüsusi xidmət orqanları ilə əlaqəsi, “verbovka” olunması, ölkədə qarşıdurma və xaos yaratmaq məqsədi daşıması — sübuta yetirilməmiş, ağır və cinayət məzmunlu ittihamlardır.

3. Akif Nağı siyasi partiya rəhbəridir və ictimai fiqur kimi onun açıqlamaları daha geniş təsir dairəsinə malikdir. Hüquqi praktikada ictimai fiqur tərəfindən bu cür ifadələrin işlədilməsi ağırlaşdırıcı hal kimi nəzərə alınır.

Qeyd olunan status ifadə azadlığı çərçivəsinə daxil olmayan, cinayət-hüquqi məsuliyyət yaradan hərəkət kimi qiymətləndirilə bilər.

Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməklə yanaşı, mənəvi ziyana görə mülki qaydada təzminat tələb etmək hüququna da malikdir.

Bu tip açıqlamalar hüquqi dövlət prinsipləri, şəxsi toxunulmazlıq hüququ və ictimai etik normalarla uzlaşmır”, - hüquqşünas vurğulayıb.

Qeyd edək ki, Akif Nağı bloger Səidə Bəkirqızının keçmiş məcburi köçkünlərlə bağlı mövqeyinə görə onu erməni adlandırıb, həmçinin ağır sözlərlə təhqir edib.

Tarix
2026.02.01 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla