Yuxarı

Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə... - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

Axar.az xəbər verir ki, müşavirədə Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və Xidmətin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli ötən il baş vermiş yanğın hadisələri və onların nəticələrinin aradan qaldırılması üzrə həyata keçirilmiş tədbirlər və cari il üçün qarşıda duran məsələlər haqqında ümumi məlumat verib.

Sonra Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev çıxış edərək baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması zamanı ilkin və ardıcıl məlumat mübadiləsinin, hadisələrə çevik reaksiyavermənin, yanğın hadisələrinin operativ söndürülməsinin təşkili məsələlərindən danışıb.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ötən il ərzində respublikanın şəhər və rayonlarında yanğından mühafizə bölmələrinin fəaliyyəti və ərazilərin yanğına qarşı əməliyyat şəraiti gündəlik nəzarətə götürülərək, baş vermiş yanğınların operativ qaydada söndürülməsi üçün müvafiq təxirəsalınmaz əməliyyat tədbirləri görülüb. Bundan əlavə, çıxış edənlər döyüş hesabında olan texnika və vasitələrin sazlığının daim diqqətdə saxlanılmasının xidmətin təşkili üçün zəruriliyini də vurğulayıblar.

Müşavirədə cari il ərzində xidmətin yüksək səviyyədə saxlanılması və qarşıda duran digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

Tarix
2026.02.02 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla