Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Masallı rayonu, Böyük Xocavar
kəndində mebel sexində yanğın baş verməsi barədə məlumat daxil
olub.
Axar.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal FHN-nin
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri
hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Masallıda güclü yanğın hadisəsi baş verib.
APA-nın
məlumatına görə, hadisə rayonun Böyük Xocavar kəndindəki mebel
fabrikində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə
Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə
Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Onların səyləri
ilə yanğın lokallaşdırılmaqla onun əhatə dairəsinin genişlənməsinin
qarşısı alınıb.
Yanğın nəticəsində ümumi sahəsi 2230 m2 olan birmərtəbəli
fabrikin istehsalat və rəngləmə sexlərində mebel məmulatları və
çardağının yanar konstruksiyaları 825 m2 sahədə yanaraq sıradan
çıxıb.
Faktla bağlı araşdırma aparılır.