Yuxarı

Xaricdən məhsul sifariş edənlərin nəzərinə: Yeni qayda... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdən məhsul sifariş edənlərin nəzərinə: Yeni qayda... - Video

İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, artıq bir neçə aydan sonra xaricdən məhsul sifariş edən vətəndaşlar elektron ticarət bəyannamələrini identifikasiya nömrəsi ilə edə bilməyəcəklər.

Yeni qərara əsasən, bu xidmətdən yalnız "Asan İmza", "SİMA" və ya "MYGOV / QR" vasitəsilə istifadə etmək mümkün olacaq.

Daşıyıcı şirkətlərin əməkdaşları bildirirlər ki, indiki qaydada həyata keçirilən təsdiq prosesi, yəni fin kod və parol ilə həyata keçirilən bəyənnamə prosesi gücləndirilmiş hesab edilmir.

İqtisadçılar isə hesab edirlər ki, bu addım gömrük və vergi sisteminə nəzarətin güclənirilməsi məqsədi daşıyır.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün vətəndaşlara "Asan İmza" və ya "SİMA" elektron imzasını əvvəlcədən əldə etmələri tövsiyə edilir.

Tarix
2026.02.06 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla