Yuxarı

Müəllimin güllələndiyi İdrak Liseyi kimindir? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimin güllələndiyi İdrak Liseyi kimindir? - Foto

Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Axar.az milli.az-a istinadla xəbər verir ki, hadisənin baş verdiyi lisey 2014-cü il sentyabrın 15-də fəaliyyətə başlayıb.

Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.

Mönsüm Alışov 1954-cü il iyulun 05-də Qubadlı rayonunun Çərəli kandində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.

2002-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Attestasiyasında "Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafıə edib.

2014-cü ildə Bakı şəhərində, Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiyasında "Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafıə edib.

Pedoqoji elmlər doktoru, professordur.

2013-cü ildən indiyə kimi İdrak liseyinin təsisçisi və tədris işləri üzrə baş məsləhətci işləyir.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Tarix
2026.02.06 / 11:28
Müəllif
Axar.az
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla