Yuxarı

Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telefonunuzu dəyişməsəniz, məlumatlarınız oğurlana bilər

Quql Android istifadəçilərinə ciddi təhlükə ilə bağlı xəbərdarlıq edib. Şirkətin açıqlamasına görə, dünyada istifadə olunan Android-smartfonların təxminən 40 faizi artıq təhlükəsizlik yeniləmələri almır və bu da onları kiberhücumlar üçün açıq hədəfə çevirir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət təxminən 1 milyard cihazdan gedir. Təhlükəsizlik dəstəyi dayandırılan bu telefonlarda aşkarlanan boşluqlar aradan qaldırılmır və nəticədə viruslar, fişinq hücumları, casus proqramlar istifadəçilərin şəxsi məlumatlarına asanlıqla çıxış əldə edə bilir.

Mütəxəssislər bildirir ki, risk xüsusilə köhnə model Android telefonlardan istifadə edənlər üçün yüksəkdir. İstehsalçılar adətən 2–4 ildən sonra bu cihazlara yeniləmə verməyi dayandırır. Lakin istifadəçilər gündəlik olaraq bank tətbiqlərindən, sosial şəbəkələrdən və şəxsi yazışmalardan istifadə etməyə davam edir.

Quql istifadəçilərə tövsiyə edir ki:

- təhlükəsizlik yeniləmələri alan modellərə üstünlük versinlər

- köhnə və dəstəyi kəsilmiş telefonları yenisi ilə əvəz etməyi ciddi şəkildə düşünsünlər

- naməlum mənbələrdən tətbiq yükləməkdən çəkinsinlər.

Qeyd olunur ki, mövcud vəziyyətdə köhnə Android-smartfonlar sadəcə texniki cəhətdən zəif deyil, eyni zamanda şəxsi məlumatların oğurlanması üçün real təhlükə mənbəyinə çevrilib.

Tarix
2026.02.08 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla