Yuxarı

“Araz” 103 əməkdaşının övladına təhsil təqaüdü verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz” 103 əməkdaşının övladına təhsil təqaüdü verir

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin yaranmasının 15 illiyi münasibətilə şirkət tərəfindən təqaüd alan tələbələrlə görüş təşkil olunub. Görüşdə yerli nüfuzlu universitetlərə yüksək bal toplayaraq qəbul olan 15 nəfər tələbə iştirak edib.

Tədbirdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, İdarə Heyətinin üzvləri və şirkətin digər rəhbər şəxsləri iştirak ediblər. Görüş zamanı Rəşad İbrahimov tələbələrlə səmimi fikir mübadiləsi aparıb, onların təhsil və gələcək karyera planları ilə maraqlanıb, gənclərə tövsiyələrini verib. Təqaüd proqramının gənclərin inkişafında və motivasiyasında mühüm rol oynadığını vurğulayan İdarə Heyətinin sədri onlara uğurlar arzulayıb.

Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi tərəfindən şirkət əməkdaşlarının yerli və xarici ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil alan övladlarına qəbul imtahanında topladıqları bala uyğun olaraq birdəfəlik və ya aylıq təqaüd verilir. Təkcə 2025-ci il ərzində 54 tələbəyə birdəfəlik mükafat təqdim edilib. Hazırda isə 103 tələbəyə şirkət tərəfindən aylıq təqaüd ödənilir.

Təqaüd proqramının əsas məqsədi gənclərin təhsilinə dəstək olmaq, onların peşəkar inkişafını stimullaşdırmaq və gələcəyin ixtisaslı kadrlarının yetişməsinə töhfə verməkdir.

Tarix
2026.02.09 / 11:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla