Yuxarı

Bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu məhsullar qadağandır: ancaq tələbat artır, çarə tükənir...

Azərbaycanda qanunvericiliyə əsasən GMO məhsullarının istehsalı və ölkəyə idxalı qadağandır. Lakin dünyada GMO məsələsinə münasibət birmənalı deyil. Mən ABŞ-da alimlərlə aparılan müzakirələrdə də bunun şahidi olmuşam – bu mövzu üzrə elmi ictimaiyyət bir neçə mövqeyə bölünür.

Axar.az xəbər verir ki. bu sözləri AMEA-nın müxbir üzvü, professor, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Teleqraf-a geniş müsahibəsində deyib.

O bildirib ki, bəzi alimlər çıxış yolu olmadığını və GMO texnologiyalarına müraciətin qaçılmazlığını iddia edir:

“Çünki dünya əhalisinin tələbatı sürətlə artır. Məsələn, ABŞ-ın müvafiq aqrar və ərzaq təhlükəsizliyi üzrə ekspertlərinin statistik məlumatlarına görə, aqrar sahədə innovasiyalar indiki səviyyədə qalsa, 2050-ci ildə dünya əhalisini ərzaqla təmin etmək mümkün olmayacaq. Həmin vaxta qədər planet əhalisinin sayının təxminən 10 milyarda yaxınlaşacağı proqnozlaşdırılır. Məhz bu səbəbdən GMO tərəfdarlarının sayı dünyada getdikcə artır.

Bizim mövqeyimiz ondan ibarətdir ki, heç olmasa, elmi-tədqiqat məqsədilə bu sahədə araşdırmalara imkan yaradılmalıdır. Dövlət hansı qərarı qəbul edərsə, biz də fəaliyyətimizi həmin qərara uyğun quracağıq. Ümumilikdə isə qeyd etmək lazımdır ki, dünyada GMO məhsullarına münasibət hələ də yekdil deyil və bu mövzu geniş elmi müzakirə predmetidir”.

Tarix
2026.02.09 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla