Yuxarı

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanını genişləndir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanını genişləndir

Rahat və çevik maliyyə həlləri təqdim edən Birbank, müştərilərinə “Böl-ödə” krediti vasitəsilə məhsul və xidmətləri hissə-hissə ödəmək imkanı yaradır.

“Böl-ödə” krediti ilə Birbank müştəriləri partnyor mağaza və xidmət nöqtələrində bəyəndikləri məhsul və ya xidməti dərhal əldə edərək, ödənişi hissə-hissə həyata keçirə bilərlər. Xidmətin əsas üstünlüklərindən biri də alış-verişin birbaşa partnyor nöqtələrində qısa zaman ərzində, tək şəxsiyyət vəsiqəsi ilə tamamlanmasıdır. Həmçinin onlayn alış-veriş zamanı da müraciət prosesi rahat və sürətli şəkildə həyata keçirilir.

“Böl-ödə” krediti 100 AZN-dən 15 000 AZN-ə qədər təklif olunur. Məhsul və xidmətlərin ödənişini 2 aydan 35 aya qədər aylıq hissələrlə həyata keçirmək mümkündür. Müxtəlif müddət seçimləri isə Birbanklılara ödənişlərini öz büdcələrinə uyğun tənzimləməyə və rahat şəkildə həyata keçirməyə şərait yaradır.

“Böl-ödə” kreditinin geniş partnyor ticarət və xidmət nöqtələrinin siyahısı linkdə təqdim olunur: www.b-b.az/QUnmlb.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.02.11 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin Naxçıvandakı baş konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla