Yuxarı

Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaşı oğlunu çəkiclə öldürən şəxsə hökm oxundu

Şərurda qardaşı oğlu İbrahim Əbülfəz oğlu İbrahimovu öldürməkdə təqsirli bilinən 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, bu barədə hökm Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Cabir İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyul ayında Şərur rayonun Aşağı Daşarx kəndində baş verib.

İttihama görə, İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəminində mübahisə olub. Onlar arasında sonuncu mübahisə yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri zamanı yaşanıb. Belə ki, onlar avtomobili saxlayan zaman Cabir İbrahimov mismarçıxaran çəkici götürərək qardaşı oğlu İbrahim İbrahimovun üzərinə gedib, daha sonra bu alətlə ona bir neçə dəfə başından zərbə endirib.

Cabir İbarhimov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Tarix
2026.02.11 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla