Yuxarı

ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY sədri Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Türkmənistana səfəri çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında olub.

Axar.az xəbər verir ki, limanın direktoru Parahat Cumayev ADY nümayəndə heyətinə Türkmənbaşı Limanının mövcud infrastrukturu, texniki imkanları və tranzit potensialı barədə geniş məlumat verilib.

Həmçinin regional yükdaşımaların inkişafında Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rolu, Bakı Beynəlxalq Dəniz Limanı ilə Türkmənbaşı Limanının inkişafının sinxronlaşdırılması və dənizdə dibdərinləşdirmə işlərinin aparılması müzakirə edilib. Xəzər dənizi – Qara dəniz bağlantısının genişləndirilməsinin Orta Dəhliz üzrə daşımaların həcminin və əməliyyatların səmərəliliyinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

Limanların Avrasiya Nəqliyyat Marşrutu üzrə koordinasiyalı fəaliyyətinin Orta Dəhlizlə səmərəli, sürətli və təhlükəsiz yükdaşımaların təmin edilməsi baxımından vacibliyi bildirilib.

Tarix
2026.02.11 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla