Yuxarı

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib

“Expressbank” ASC Xaçmaz KOB evinin dəstəyi ilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində mikro sahibkarlar üçün maliyyə savadlılığı mövzusunda təlim təşkil edib.

Təlim zamanı Expressbankın Biznes Bankçılıq Departamentinin Mikro kreditlər şöbəsinin rəhbəri Yaşar Cabarov iştirakçılara biznesin maliyyə idarəetməsi, kredit müraciətlərinin təhlili və banklarla düzgün kommunikasiya qurulması barədə geniş məlumat verib. Təlim proqramı çərçivəsində mikro sahibkarlar üçün aşağıdakı vacib mövzular əhatə olunub:

- Maliyyə planlaması: Gəlir və xərclərin effektiv idarə olunması;

- Büdcə idarəçiliyi və maliyyə intizamı

- Yığım mədəniyyətinin biznesin dayanıqlılığındakı rolu;

- İnvestisiya strategiyası

- Bank məhsulları: Biznesin genişləndirilməsi üçün mikro kreditlər və xüsusi şərtlər;

- Kredit mədəniyyəti və düzgün borclanma;

- Rəqəmsal bankçılıq: Vaxta qənaət edən və biznes proseslərini asanlaşdıran onlayn həllər.

İnteraktiv formatda keçən görüşdə sahibkarların sualları cavablandırılıb və real biznes keysləri əsasında praktiki tövsiyələr verilib.

Tədbirin sonunda çıxış edən Quba-Xaçmaz iqtisadi rayonu üzrə regional koordinator Azər Pənahov regionda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən bəhs edib. O, bu növ maarifləndirici təlimlərin sahibkarların gələcək fəaliyyətlərindəki rolunu yüksək qiymətləndirərək, KOB evlərinin hər zaman biznes nümayəndələrinə dəstək olduğunu və banklarla bu cür əməkdaşlıqların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Expressbank regionlarda kiçik və orta biznesin inkişafına töhfə vermək məqsədilə maarifləndirmə missiyasını gələcəkdə də davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Expressbank Bakı, Xaçmaz və digər bölgələrdə olmaqla, ümumilikdə 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Tarix
2026.02.12 / 10:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

Pezeşkian Azərbaycanla əlaqələrdən danışdı

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla