Yuxarı

İctimai şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətində... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İctimai şura üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətində... - Foto

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunda görüş keçiriblər.

Axar.az xəbər verir ki, görüşün əsas məqsədi taborun fəaliyyət istiqamətləri ilə tanışlıq və fövqəladə hallar zamanı xüsusi təlim keçmiş xidməti itlərin tətbiqi ilə həyata keçirilən əməliyyatlar barədə fikir mübadiləsi aparmaq olub.

Şura üzvləri üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun fəaliyyəti barədə təqdimat edilib. Qeyd olunub ki, tabor 2007-ci ildən fəaliyyət göstərir və əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, həmçinin bu halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi təlim keçmiş xidməti-axtarış itlərindən istifadə edir. Taborun əsas fəaliyyət istiqamətləri mühafizə, canlı insan axtarışı, cəsəd axtarışı, partlayış təhlükəli maddələrin axtarışı və işğaldan azad olunmuş ərazilərdə mina axtarışıdır. İtlər təyinatına uyğun seçilir və xüsusi təlim mərhələlərindən keçirilir.

Görüş zamanı Şura üzvləri itlərin təlim-məşq prosesini izləyiblər.

Kinoloqlar tərəfindən xüsusi ayrılmış poliqonlarda – dağlıq ərazidə köməksiz vəziyyətdə qalmış şəxslərin xilas edilməsi, çətin keçilən zonalarda itkin düşmüş insanların axtarışı, partlayış təhlükəli maddələrin və partlayıcı qurğuların axtarışı, şərti zəlzələ və uçqun zamanı dağıntılar altında qalanların xilas edilməsi təlimləri Şura üzvlərinə nümayiş olunub. Həmçinin, xüsusi mexaniki qurğular, müasir axtarış cihazları və xüsusi təlim keçmiş itlərdən istifadə edilərək əməliyyatların icrası göstərilib.

İctimai şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji taborunun yüksək peşəkarlıq səviyyəsinə malik olduqlarını vurğulayaq həyata keçirilən işlərin əhəmiyyətindən danışıb, bu cür görüşlərin davamlı olacağını diqqətə çatdırıblar.

Tarix
2026.02.12 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla