Yuxarı

Başçının birinci müavini niyə döyülüb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçının birinci müavini niyə döyülüb?

Samux Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Tahir Qarayevə xəsarətlər yetirərək xuliqanlıq hərəkətlərinə yol verən şəxsin məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, hadisədə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samux rayonu Lək kənd sakini Fərhad Quliyev (soyad şərtidir) 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzası 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Məlum olub ki, münaqişə icra başçısının birinci müavininin təqsirləndirilən şəxsə nömrəsini verməməsindən sonra başlayıb. F.Quliyev yaşanan gərginlik zamanı İcra Hakimiyyətinə məxsus “HAVAL” markalı avtomobilin ön şüşəsini də sındıraraq Samux RİH-ə 350 manat ziyan vurub.

Hadisə zamanı Tahir Qarayev sol saidin əzilmiş yarası, bilək nahiyyəsinin hematoması xəsarətləri alıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, yaşadığı Samux rayonu Lək kəndində yerləşən evində qaz problemi olduğundan o, Samux Rayon İcra Hakimiyyətinə müraciət edib. Belə ki, küçəyə qaz xətti çəkilsə də, onların evlərinə qaz çəkilməyib. Bundan başqa, o, icra başçısından yaşadığı ev üçün qaz sobası istəyib. İcra Hakimiyyətindən ona qaz sobası veriləcəyi ilə bağlı söz verilsə də, buna əməl olunmayıb.

Zərərçəkmiş T.Qarayev məhkəmədə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona yüngül cəza verilməsini istəyib. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olub.

Qeyd edək ki, T.Qarayev ötən ilin dekabrında vəzifəsindən ayrılıb. Onun vəzifəsindən azad olunmasına səbəb kimi səhhətində yaranan problemlər göstərilib.

Onu da əlavə edək ki, Samuxun icra başçısı Firdovsi Əliyevdir.

Tarix
2026.02.12 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla