Yuxarı

ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADSEA daha bir kəndi içməli su ilə təmin etdi - Foto

Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb.

Axar.az xəbər verir ki, layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində 1384 nəfər əhali yaşayır. Kənd daxilində quraşdırılmış ictimai bulaqlar vasitəsilə əhalinin suya əlçatanlığı təmin edilirdi. Əhalinin mərkəzləşdirilmiş su təchizatının yaradılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin daxili imkanları hesabına kənd daxilində diametri 40 mm-dən 110 mm-dək müxtəlif ölçülü 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib. Sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin azaldılması və suyun uçotunun təkmilləşdirilməsi məqsədilə hər bir abonentə məxsus fərdi yaşayış evlərinin girişində ümumilikdə 300 ədəd su sayğacı quraşdırılıb. Bununla da kənd əhalisinin mərkəzləşdirilmiş su təchizatı dayanıqlı su mənbəyi olan Göyçay şəhərinin mövcud su infrastrukturuna qoşulmaqla təmin edilib.

Hazırda Göyçay rayonunda ümumilikdə 23 kənd yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bununla yanaşı, 18 kəndə modul tipli su təmizləyici qurğular vasitəsilə xidmət olunur. Göyçay rayonu üzrə xidmət göstərilən abonentlərin sayı 11 958 təşkil edir.

İcra olunan layihə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya”nın hədəf və məqsədlərinə nail olunması üçün tədbirlər proqramı çərçivəsində həyata keçirilib.

Layihənin davamı olaraq cari ildə Göyçay rayonunun Müskürlü kəndində də mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işlərinə başlanılacaq.

Tarix
2026.02.12 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla