Yuxarı

Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda müəlliməni avtomobillə vuran şəxsə hökm oxundu

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Vüqar Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirib və qarşı tərəflə barışıq əldə edildiyini deyib. Zərərçəkmiş tərəf sürücüyə yüngül cəza verilməsini xahiş edib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədəliyev 1 il 6 ay sürücülük hüququndan, 3 il isə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə ötən ilin fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. 1965-ci il təvəllüdlü V.Məmmədəliyev idarə etdiyi "Saipa" markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. M.Novruzova Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi olub.

Tarix
2026.02.12 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla