Yuxarı

“RobotChallenge 2026”: Hazırlıq işləri davam edir...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“RobotChallenge 2026”: Hazırlıq işləri davam edir...

Beynəlxalq Robot Olimpiadasının (“RobotChallenge”) Azərbaycanda keçiriləcək yerli mərhələsinə hazırlıq işləri uğurla davam edir.

Azercell-in dəstəyi ilə həyata keçirilən layihə ölkədə innovasiya, texnologiya və STEAM sahələrinə marağın artmasına töhfə verir. Mobil operator yarışın milli seçim mərhələsinin rəsmi sponsorlarından biri olaraq gənclərin texnoloji bilik və bacarıqlarının inkişafını təşviq edir.

Hazırlıq mərhələsi çərçivəsində müxtəlif dövlət məktəblərində və özəl təhsil mərkəzlərində “RobotChallenge” ilə bağlı maarifləndirici tədbirlər baş tutub, bir sıra yerli universitetlərdə infosessiyaların təşkili planlaşdırılıb. Həmçinin şagird və tələbələr üçün seminarların, sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələrin, interaktiv təlimlərin də həyata keçirilməsi nəzərdə tutulub.

Olimpiadanın əsas məqsədi robototexnika və STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) yönümlü biliklərə marağı gücləndirmək, istedadlı məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Milli seçim mərhələsində yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil edəcəklər.

Xatırladaq ki, yarışa qeydiyyat proqramlaşdırma istiqaməti üzrə (onlayn formatda) 18 fevral 2026-cı il, robototexnika istiqaməti üzrə isə 25 mart 2026-cı il tarixinədək açıqdır.

“RobotChallenge 2026” barədə ətraflı məlumat və qeydiyyat üçün məktəblilər və komandalar www.robotchallenge.az saytına müraciət edə bilərlər.

Tarix
2026.02.13 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Tiblis-Qars dəmiryolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla