Yuxarı

Hissəli alışla faizsiz, aylıq öhdəliksiz mənzil sahibi olun - "Kristal!"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hissəli alışla faizsiz, aylıq öhdəliksiz mənzil sahibi olun - "Kristal!"

“Kristal“dan Yasamalda mənzil almaq istəyən, amma faiz və kredit yükü istəməyənlərə real fürsət!

“Park Yasamal“ layihəsində təqdim olunan “Evini hissə-hissə al” satış modeli ilə yeni mənzilinə addım-addım, imkanına uyğun şəkildə sahib ola bilərsən. Bu yanaşma kredit, faiz və aylıq öhdəlik olmadan mənzil sahibi olmaq istəyənlər üçün nəzərdə tutulub.

Modelin əsas prinsipi sadədir: alıcı seçdiyi mənzildən istədiyi qədər yaşayış sahəsi əldə edir və hər kvadratmetr onun adına rəsmi şəkildə sənədləşdirilir. İstər 1 kv.m., istər 5 kv.m., istərsə də daha çox — seçim tamamilə müştərinin büdcəsinə və planına uyğun formalaşır. Vəsait olduqca əlavə kvadratmetrlər alınaraq mənzilin sahəsi tədricən artırılır. Bu müddət ərzində heç bir faiz hesablanmır və aylıq ödəniş öhdəliyi yaranmır. Ödənilən məbləğ birbaşa real mənzil sahəsinə çevrilir.

Əldə edilən sahə satış dəyərinə paralel olaraq dəyər qazanır. Yəni əmlakın satış qiyməti yüksəldikcə sənin sahib olduğun kvadratmetrlərin də dəyəri artır. Bu isə vəsaitin inflyasiyadan qorunması deməkdir.

Əgər toplanan məbləğ seçilmiş mənzilin tam alınmasına kifayət etməzsə və ya həmin mənzil proses müddətində satılarsa, müştəriyə alternativ variantlar təqdim edilir. Topladığı dəyər həmin günün bazar qiyməti əsasında hesablanaraq layihə daxilində və ya şirkətin digər layihələrində uyğun mənzilə yönləndirilə bilər.

Gələcəkdə müştəri mənzil əldə etmək fikrindən imtina edərsə və ya planlarını dəyişərsə, yatırdığı vəsaiti illik 12% artımla geri almaq hüququna malikdir. (Bu 12%-lik illik gəlir hər bir ödəniş üzrə ayrıca qaydada, vəsaitin yatırıldığı tarixdən etibarən faktiki saxlanma müddətinə uyğun şəkildə hesablanır və tətbiq olunur.)

"Park Yasamal"da eyni zamanda 36 ayadək faizsiz daxili kredit və 20 ilədək ipoteka imkanı mövcuddur. 15%-dən başlayan ilkin ödənişlə öz planına və maliyyə imkanlarına uyğun variantı seçə bilərsən.

Layihə Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında, şəhərə rahat çıxışı olan ərazidə yerləşir. Kompleksdə həm hazır, həm tikintisi davam edən, həm də əşyalı mənzillər satışdadır. Mənzillər 39,71 m²-dən 120,47 m²-dək, 2, 3, 4 otaqlı və studiya variantlarda təqdim olunur. İtkisiz, maksimum səmərəli planlanan mənzillər sakinlərə Avropa brendləri ilə tam təmirli şəkildə təhvil verilir.

Əlavə olaraq, mənzil üçün etdiyiniz ilkin ödənişin ƏDV məbləği 30 iş günü ərzində sizə geri qaytarılır. Bu isə ilkin ödənişin real olaraq azalması deməkdir.

Yasamalda hissəli alışla ev sahibi olmaq üçün layihənin satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.

Ətraflı: *1544

Ünvan: Yasamal rayonu, Müstəqillik küçəsi

kristal.az

Tarix
2026.02.13 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 1 milyardlıq silah: Abbasov niyə susmuşdu?

İlham Əliyev Bərzanini Azərbaycana dəvət etdi

İlham Əliyev Bərzani ilə görüşdü - Foto

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla