Yuxarı

Bölgələrdə dayanacaqlar yenilənir - Milyonlar xərclənəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bölgələrdə dayanacaqlar yenilənir - Milyonlar xərclənəcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda, eləcə də regionlardakı küçə və prospektlərdə sərnişinlərin ictimai nəqliyyatı rahat gözləmələrini təmin etmək məqsədilə yeni dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması üzrə tender elan edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, agentlik nəzərdə tutulan işlərin icrası müqabilində ümumilikdə 3 milyon 654 min 73 manat vəsaitin ödənilməsini planlaşdırır.

Qeyd edək ki, sözügedən layihə çərçivəsində aşağıdakı bölgü üzrə işlərin görülməsi nəzərdə tutulur:

- Bakı şəhəri və Xızı-Abşeron iqtisadi rayonu ərazisində 142

- Gəncə-Daşkəsən və Qazax zonası üzrə 10

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 8

- Quba-Xaçmaz və Dağlıq Şirvan bölgəsində 22

- Şəki-Zaqatala regionu ərazisində 10

- Lənkəran-Astara zonası üzrə 11

- Naxçıvan Muxtar Respublikası ərazisində 80

- Şirvan-Salyan və Mil-Muğan ərazilərində 6

- Mərkəzi Aran rayonları ərazisində isə 11 yeni dayanacağın yaradılması planlaşdırılır.

Tarix
2026.02.13 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla