Yuxarı

Abşeronda qanunsuz tikinti işlərinin qarşısı alındı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda qanunsuz tikinti işlərinin qarşısı alındı - Foto

Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.

Axar.az xəbər verir ki, ərazinin monitorinqləri zamanı rayonun Masazır, Görədil, Hökməli və Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunub.

Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlər zamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarında tikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizə orqanlarına məlumatlar verilib və inşa işləri dayandırılıb.

O cümlədən Masazır kəndində “Qurtuluş-93” Yaşayış Kompleksində binanın 1-ci mərtəbəsində və zirzəmilərində torpaq qatının çıxarılması, mişar daşlarından olan hörgünün sökülməsi, eləcə də qanunvericiliyə uyğun olmayan tikinti-quraşdırma işlərinin aparılması aşkar olunub.

Qeyri-qanuni fəaliyyətlər müəyyən olunduqdan sonra həyata keçirilən işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəlada Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılıb, qanunsuz işlər aktlaşdırılaraq müvafiq qurumlara lazimi tədbirlərin görülməsi ilə bağlı müraciətlər edilib.

Tarix
2026.02.13 / 19:44
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

Şuşanın azad olunması ilə Ermənistan ordusunun beli qırıldı

Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərənlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla