Yuxarı

Qar yarım milyonluq sığorta zərərinə səbəb oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar yarım milyonluq sığorta zərərinə səbəb oldu

10-11 fevral 2026-cı il tarixlərdə ölkə ərazisində qarlı-şaxtalı hava şəraiti müşahidə olunub. Qeyd olunan tarixlərdə paytaxt Bakı da daxil olmaqla respublikamızın bir çox bölgəsində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, 10-11 fevral 2026-cı il tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 5 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 642 sığortalı müraciəti daxil olub:

"Bu müraciətlərin 563-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 76-sı “Kasko” sığorta növü, 1-i “Daşınmaz əmlakın icbari sığortası” növü, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub. Qiymətləndirilmiş 350 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 292 min 710 manat həcmində müəyyənləşdirilib. Qalan 461 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir".

Assosiasiyadan qeyd edilib ki, hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur:

"Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 500 min manatı ötəcəyi ehtimal edilir. Qeyd etmək istəyirik ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 71 %-i paytaxt Bakıda, 29 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb".

Tarix
2026.02.14 / 10:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla