Yuxarı

Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?

Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 ildir bu qurumun rəhbərliyində təmsil olunur.

Axar.az CityPost.az-a istinadən xəbər verir ki, Məleykə Abbaszadə xalq yazıçısı, məşhur "General" romanının müəllifi, "Şöhrət" ordenli Hüseyn Abbaszadənin gəlini olub. Abbaszadə soyadını birinci evliliyi zamanı nikah bağlayarkən qəbul edib. M.Abbaszadə Hüseyn Abbaszadənin oğlu İlqar Abbaszadə ilə evli olub.

Onlar M.V.Lomonosov adına Moskva Dövlət Universitetində birgə təhsil alıblar. İlqar Abbaszadə biologiya elmləri namizədidir. Hazırda ABŞ-da yaşayır. Pedaqoji fəaliyyətlə məşğuldur.

Onların birgə nikahdan iki qız övladı dünyaya gəlib. Böyük qızları Nigar Abbaszadə Azərbaycan Turizm Universitetində və Azərbaycan Müəllimlər İnistutunda Beynəlxalq Məsələlər üzrə prorektor vəzifəsində çalışıb. O, 2020-ci il iyulun 18-də ürəktutmasından vəfat edib.

Qeyd edək ki, İlqar Abbaszadə ikinci dəfə ailə həyatı qurub. Qızı Lina, oğlu Mikayıl ikinci nikahdandılar. Yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitçell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.

Tarix
2026.02.14 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla