Yuxarı

Baba və 5 nəvəsi dəm qazından zəhərləndi: ölənlər var - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baba və 5 nəvəsi dəm qazından zəhərləndi: ölənlər var -

12:05

Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.

Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.

Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər.

Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***

Naxçıvanda dəm qazından zəhərlənənlərin sayı 7-yə çatıb, 5-i azyaşlıdır.

Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib ki, xəstəxanaya daxil olarkən azyaşlıların vəziyyəti çox ağır qiymətləndirilib.

Pəri Əliyeva bildirib ki, onlar reanimasiya şöbəsinə yerləşdirilib:

"Hazırda uşaqların vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir və müalicələri reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir".

Mərkəzin baş həkimi əlavə edib ki, uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35-40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan 2 nəfər yetkin yaşlı vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb.

"Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir. İlkin ehtimallara görə hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib", - deyə o bildirib.

***

Uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Onlardan biri - 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.

Tarix
2026.02.14 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla