Yuxarı

Magistraturaya qəbul imtahanı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Magistraturaya qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.

Axar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.

İmtahanda iştirak üçün 22780 bakalavr ərizə təqdim edib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bu gün saat 15:00-da DİM-in Yutub kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Bakalavrlar suallarını "Youtube"da müvafiq yayımın altına yaza bilərlər.

Tarix
2026.02.15 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla